Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal Regional Mərkəzi tərəfindən növbədənkənar prezident seçkiləri ərəfəsində “Demokratik cəmiyyətdə seçkilərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Regional Mərkəzin rəhbəri B.Əfəndiyev Ombudsman Aparatı tərəfindən vətəndaşların seçki hüquqların səmərəli təmini və müdafiəsi məqsədilə ardıcıl işlərin görüldüyünü, bu sahədə Mərkəzi Seçki Komissiyası ilə birgə silsilə hüquqi-maarifləndirmə tədbirlərinin keçirildiyini bildirib.
Daha sonra tədbirdə müşahidəçilərin hüquq və vəzifələri, seçki komissiyaları üzvlərinin funksiyaları, seçicilərin hüquqları, vəzifələri və digər məsələlər vurğulanıb.
Sonda mövzu üzrə tədbir iştirakçılarının sualları cavablandırılıb.