Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan beynəlxalq nümayəndə heyəti növbəti birgə faktaraşdırıcı missiyanı Gəncə şəhərində həyata keçirib

25-09-2021 207 dəfə oxunub
Ombudsmanın dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan beynəlxalq nümayəndə heyəti növbəti birgə faktaraşdırıcı missiyanı Gəncə şəhərində həyata keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri davam edir.

Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-nın üzvü Aydın Səfixanlının müşayiət etdiyi nümayəndə heyətinin üzvləri faktaraşdırıcı missiya çərçivəsində Gəncə şəhərində həyata keçirilən monitorinq  zamanı  ağır artilleriya və raket atəşi nəticəsində dağılmış, ciddi ziyan dəymiş yaşayış binalarına, digər mülki obyektlərə, o cümlədən tarixi-mədəni abidələrə, iri ticarət mərkəzlərinə və digər ictimai obyektlərə baxış keçirib, həyatını itirmiş mülki şəxslərin ruhuna dualar oxuyub, dağıntılar olan yerlərə gül dəstələri qoyublar. Dağıntılara məruz qalan ərazilərdə yenidənqurma işləri ilə tanış olan, şəhərin müxtəlif yerlərini, o cümlədən Qələbə parkını ziyarət edən nümayəndə heyətinin üzvləri sürətli şəkildə aparılan bərpa işlərini yüksək qiymətləndiriblər.

Səfərin nəticəsi olaraq, İƏT MDİHK nümayəndə heyətinin Azərbaycanın ikinci böyük şəhəri olaneyni zamanda mülki əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya və raket atəşinə tutulması nəticəsində baş vermiş insan tələfatı, dağıntılarla əlaqədar həyata keçirdiyi faktaraşdırıcı missiyanın nəticələrinin da yer alacağı hesabat hazırlanaraqbeynəlxalq təşkilatlara və ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki,  həyata keçirilən faktaraşdırıcı missiyadan sonra nümayəndə heyətinin rəsmi səfəri çərçivəsində apardıqları monitorinqin nəticələrinin dəyərləndirilməsi və müvafiq Bəyanatın qəbul edilməsi məqsədilə Gəncə şəhərində mətbuat konfransı keçirilib.