Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən növbədənkənar prezident seçkiləri ilə bağlı hüquqi-maarifləndirmə tədbiri keçirilib

05-02-2024 858 dəfə oxunub
Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən növbədənkənar prezident seçkiləri ilə bağlı hüquqi-maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzi tərəfindən Şəmkir rayonunda növbədənkənar prezident seçkiləri ilə bağlı ilk dəfə səsvermədə iştirak edəcək gənclər üçün hüquqi-maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Regional Mərkəzin rəhbəri S.Abbasov Ombudsman təsisatı tərəfindən ölkəmizdə vətəndaşların seçki hüquqlarının təmini vəziyyətinə daim diqqət yetirildiyini, bu hüquqların səmərəli təmini və müdafiəsi məqsədilə ardıcıl işlərin görüldüyünü qeyd edib.

Eyni zamanda, seçkilərin demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyi diqqətə çatdırılıb.

Tədbir zamanı, həmçinin seçki prosesi ilə bağlı Seçki Məcəlləsinin tələbləri, səsvermə qaydaları diqqətə çatdırılıb, gənclərin seçki prosesi ilə bağlı sualları cavablandırılıb.