Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cəlilabad Regional Mərkəzi “Fundamental hüquqlarımız” mövzusunda  maarifləndirici tədbir keçirib

03-09-2021 230 dəfə oxunub
Ombudsmanın Cəlilabad Regional Mərkəzi “Fundamental hüquqlarımız” mövzusunda  maarifləndirici tədbir keçirib

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cəlilabad rayon nümayəndəliyində “Fundamental hüquqlarımız” mövzusunda maarifləndirici tədbir keçirib. 

Tədbirdə Regional Mərkəzin rəhbəri Ziya İsmayılov  çıxış edərək, insan hüquqlarının tarixi inkişafı, bu sahədə qəbul edilmiş əsas beynəlxalq sənədlər barədə iştirakçılara geniş məlumat verib. Ölkəmizdə insan hüquqları ilə bağlı islahatların təməlinin Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə qoyulduğu, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit edildiyi diqqətə çatdırılıb. 

Daha sonra Z.İsmayılov ölkəmizdə insan hüquq və azadlıqlarının təmini istiqamətində aparılan hüquqi islahatların tərkib hissəsi kimi Ombudsman Aparatının yaradılması və hazırda təsisatın həyata keçirdiyi geniş fəaliyyət barədə məruzə edib.