Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman narkomaniya ilə mübarizəyə həsr olunmuş beynəlxalq tədbirdə çıxış edib

03-09-2021 251 dəfə oxunub
Ombudsman narkomaniya ilə mübarizəyə həsr olunmuş beynəlxalq tədbirdə çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Şərqi Avropa və Mərkəzi Asiyada insan hüquqları və narkomaniyaya dair siyasətlə bağlı beynəlxalq qaydaların tətbiqi üzrə 3-cü regional dialoq” adlı beynəlxalq tədbirdə iştirak edib.

Onlayn formatda keçirilən tədbirdə Ombudsman Səbinə Əliyeva dövlətlərin narkomaniya ilə bağlı siyasətinin müəyyən edilməsi üzrə müzakirələrdə milli insan hüquqları təsisatlarının rolu barədə çıxış edib. Çıxış zamanı əsas hədəf  kütləsi uşaq və gənclər olmaqla, ümumilikdə cəmiyyətdə narkotik vasitələr və psixotrop maddələrdən asılılığın qarşısının alınması ilə bağlı maarifləndirmənin roluna toxunulub. Ombudsman iştirakçılara Azərbaycanda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qəbul edilmiş qanunvericilik aktları, dövlət proqramları barədə məlumat verib. 

Səbinə Əliyeva təsdiq etdiyi tədbirlər planı əsasında hazırda Ombudsman təsisatının bölgələri də əhatə etməklə narkomaniyanın ciddi mənfi nəticələri ilə bağlı silsilə maarifləndirmə tədbirləri həyata keçirdiyini qeyd edib. Ombudsman bildirib ki, həmin tədbirlərdə narkotik vasitələrdən asılı olan şəxslərin cəmiyyətdən  təcrid olunmaması vəhər hansı ayrı-seçkiliyə məruz qalmamasının vacibliyi nəzərə çatdırılıb.

Daha sonra Ombudsman Azərrbaycanda milli insan hüquqları institutu qismində bu sahədə siyasətin formalaşmasına lazımi töhfə verildiyini bildirərək, irəli sürülmüş təşəbbüs və təklifləri  iştirakçıların diqqətinə çatdırıb. Narkomaniya ilə mübarizə məqsədilə sağlam həyat tərzinintəşviqi, səhiyyənin effektivliyinin gücləndirilməsi, maarifləndirici materialların təbliği, həmyaşıdlar, eləcə də ahıllarla gənclər arasında dialoqun təşkili və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb.

Yekunda Ombudsman insan hüquqlarının təminində ciddi çətinliklər yaradan bu qlobal problemin həllinə birgə nail olunması ilə bağlı çağırış edib.