Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Mən lider olmaq istəyirəm” yay məktəbinin növbəti qonağı Səbinə Əliyeva olub

01-09-2021 227 dəfə oxunub
“Mən lider olmaq istəyirəm” yay məktəbinin növbəti qonağı Səbinə Əliyeva olub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi 10günlük “Mən lider olmaq istəyirəm” yay məktəbində uşaqlarla görüşüb. 

Görüş zamanı Ombudsman uşaqların yay məktəbində vaxtlarının səmərəli təşkili ilə maraqlanıb, onlarla müxtəlif sahələrə dair maraqlı söhbətlər aparıb, uşaqların liderlik bacarıqlarını necə inkişaf etdirə biləcəkləri barədə tövsiyələr verib. 

Qeyd edilməlidir ki, Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu üçün iştirakçıları hazırlamaq, onları Forumda müzakirə ediləcək mövzular barəsində məlumatlandırmaq, uşaqlarda liderlik bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyan yay məktəbi 14-16 yaş arası uşaqlar, o cümlədən Vətən müharibəsi şəhidlərinin və qazilərin övladları üçün nəzərdə tutulub.