Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman müstəqil araşdırma aparan jurnalistlərlə görüş keçirib

17-07-2021 218 dəfə oxunub
Ombudsman müstəqil araşdırma aparan jurnalistlərlə görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dünyaca məhşur fotojurnalist Reza Deqati (Reza Deghati), tanınmış litvalı hərbi jurnalist Ričardas Lapaitis, çəkiliş qrupunun üzvləri Arūnas Sartanavičius və Mantas Bartaševičius, həmçinin Jurnalistika Birliyinin üzvü Əliyev Günar ilə görüş keçirib.

Görüş zamanı Ombudsman Birinci Qarabağ müharibəsi zamanı və müharibədən sonrakı dövrdə Azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən müharibə cinayətlərinin, ölkəmizə qarşı təcavüz və mülki əhaliyə qarşı törədilən etnik təmizləmə siyasətinin ağır nəticələri haqqında dünya ictimaiyyətinə dolğun, obyektiv, qərəzsiz məlumatların çatdırılmasında jurnalistlərin, xüsusilə də hərbi jurnalistlər də daxil olmaqla kütləvi media vasitələrinin xüsusi rolunu vurğulayıb. Təhdid və hədə-qorxulara baxmayaraq daim haqq tərəfində duraraq, bitərəf mövqe sərgiləyən, müharibə dəhşətlərini lentə alaraq beynəlxalq səviyyədə tanıdılmasının cəsarət və qorxmazlıq tələb etdiyini bildirən Səbinə Əliyeva jurnalist peşəsinin məsuliyyətli, həm də şərəfli olduğunu bildirib. 

İkinci Qarabağ müharibəsi zamanı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı zəfərin tarixi ədalətin bərqərar olmasının simvoluna çevrildiyi, müharibə arenasında uduzan Ermənistanın mülki əhalini hədəfə alaraq, yaşayış binalarını və digər mülki sosial infrastrukturu qadağan olunmuş silahlardan atəşə tutması nəticəsində mülki əhali arasında itkilərin olduğu və bunun bir hərbi cinayət olduğu qonaqların diqqətinə çatdırılıb.

R. Deqati Birinci Qarabağ müharibəsində lentə aldığı kadrların tarixi, 44 günlük Vətən müharibəsi nəticəsində azad olunmuş ərazilərdə apardığı çəkilişlər zamanı mülki, dini obyektlərin yerlə-yeksan edilməsi, bu barədə dünya ictimaiyyətinə ünvanladığı foto və video çəkilişlər haqqında məlumat verib. O, Azərbaycan həqiqətlərinin yayılması istiqamətində Ombudsman institutu ilə əməkdaşlığın məqsədəmüvafiq olduğunu bildirib.

R. Lapaitis həm Birinci Qarabağ müharibəsi zamanı xatirələri, həm də müharibə şahidlərinin də cəlb edildiyi layihələr haqqında məlumat verib.

Günar Əliyev Azərbaycanlılara qarşı törədilən hərbi cinayətlər haqqında məlumatların kütləvi informasiya vasitələri ilə dünyaya çatdırılmasının, xalqımızın haqq mövqeyi barədə məlumatların işıqlandırılmasının vacibliyi barədə fikrilərini paylaşıb. 

Görüşün sonunda Ombudsman Səbinə Əliyeva müstəqil araşdırmalar aparan jurnalist, o cümlədən hərbi jurnalistlərlə, fotomüxbirlərlə birgə əməkdaşlıq perspektivlərini müzakirə edib.

Yekunda qonaqlara Fəxri Fərmanlar təqdim edilib.