Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanı balaca Zəhranın qətlə yetirilməsinin növbəti il dönümü ilə bağlı dünya ictimaiyyətinə çağırış edib

02-07-2021 193 dəfə oxunub
Azərbaycan Ombudsmanı balaca Zəhranın qətlə yetirilməsinin növbəti il dönümü ilə bağlı dünya ictimaiyyətinə çağırış edib

2 yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən 4 il ötür. Cəzasızlıq mühitindən istifadə edərək Ermənistanın uşaqlara qarşı terror siyasəti daha sonralar da davam etdirilərək atəşkəs dövründə və ikinci Qarabağ müharibəsində günahsız uşaqların ölümünə səbəb olmuşdur.          

Belə ki, döyüş bölgəsindən uzaqda  yerləşən mülki yaşayış obyektlərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 12 uşaq həlak olmuş, 50 uşaq yaralanmış, 4 uşaq hər iki valideynini, bir çox uşaq isə valideynlərindən birini itirmişdir.    

Azərbaycan Ombudsmanı belə halların beynəlxalq təşkilatlar tərəfindən qətiyyətlə pislənilməli və cinayət törətmiş şəxslərə qarşı konkret hüquqi ölçü götürülməli olduğunu dəfələrlə insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların diqqətinə çatdırıb.