Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Vəkillər Kollegiyasının sədri ilə görüşüb

02-07-2021 218 dəfə oxunub
Ombudsman Vəkillər Kollegiyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Kollegiyanın nümayəndələri ilə görüş keçirib.

Qonaqları salamayan Ombudsman mandatı və fəaliyyəti barədə geniş məlumat verib. Pandemiya və hərbi vəziyyət dövründə Ombdusman təsisatı tərəfindən fasiləsiz olaraq fəaliyyətin davam etdirildiyi, əhali quruplarının, xüsusilə də həssas qurupdan olan insanların hüquqlarının səmərəli təmini istiqamətində görülən işlər, bu sahədə vəkillərlə uğurlu əməkdaşlıq əlaqələri, vəkillərin fəaliyyətinə verilən dəstək, aidiyyəti qurumlar qarşısında qaldırılan təkliflər Səbinə Əliyeva tərəfindən qonaqların diqqətinə çatdırılıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Anar Bağırov vəkillik sahəsində görülən işlər barədə geniş məlumat verib, ölkəmizdə vəkilliyə artan maraq, şəffaf qaydada keçirilən imtahanlar nəticəsində vəkillərin sayının iki mini, fəaliyyət göstərən 39 vəkil qurumunun sayının isə 100-ü ötdüyünü, son illər ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları və Vəkillər Kollegiyası tərəfindən görülən işlər nəticəsində vəkilik institutun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

Görüşdə, həmçinin Vəkillər Kollegiyası tərəfindən son illərdə yaradılmış Hüquqi Yardım və Tədris Mərkəzi ilə əməkdaşlıqda vətəndaşlara peşəkar hüquqi yardımın göstərilməsi, vəkillərin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün birgə tədris proqramlarının təşkili məsələləri müzakirə olunub, bu istiqamətdə qurumlar arasında səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Yekunda qurumlar arasında gələcək əməkdaşlıq istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb.