
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi tərəfindən ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Masallı Dövlət Regional Kollecində “Seçki hüququ” mövzusunda hüquqi-maarifləndirmə tədbiri keçirilib.
Cənub Regional Mərkəzinin rəhbəri Z.İsmayılov çıxışı zamanı Azərbaycan Ombudsman təsisatı tərəfindən ölkəmizdə vətəndaşların seçki hüquqlarının səmərəli təmini və müdafiəsi məqsədilə silsilə hüquqi-maarifləndirmə tədbirlərinin keçirildiyini diqqətə çatdırıb.
Müzakirələrlə davam edən tədbirdə seçki hüququnun prinsipləri, seçkilərin təşkili, seçki prosesi və mərhələləri barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.