Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

TİHEK nümayəndə heyəti faktaraşdırıcı missiyanı Tərtərdə davam etdirir

30-06-2021 251 dəfə oxunub
TİHEK nümayəndə heyəti faktaraşdırıcı missiyanı Tərtərdə davam etdirir

Ombudsman Səbinə Əliyeva və Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Süleyman Arslanın rəhbərlik etdiyi nümayəndə heyəti Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalmış rayon olan Tərtərdə mülki yaşayış məntəqələrində faktaraşdırıcı səfər həyata keçiriblər. Səfər çərçivəsində nümayəndə heyəti üzvləri 44 günlük İkinci Qarabağ müharibəsi zamanı yaşayış məntəqələrinin beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq atəşə tutulması faktları ilə yerində tanış olub və ətraflı məlumatlandırılıb. 

Əvvəlcə Tərtərdə Ermənistan silahlı qüvvələri tərəfindən  “Smerç” raket atəşinə məruz qalmış pambıq zavoduna baxış keçirilib. Nümayəndə heyəti Tərtər şəhər qəbiristanlığında da olaraq, dəfn mərasimi zamanı ərazinin atəşə tutulması nəticəsində dörd mülki şəxsin həlak olması barədə məlumatlandırılıb. Daha sonra ağır artilleriya və raket hücumları nəticəsində insan tələfatının baş verdiyi, habelə ciddi zərər vurulmuş mülki yaşayış məntəqələrində monitorinq keçirilib. 

Həyata keçirilmiş yerində araşdırmalar zamanı TİHEK tərəfindən səfərin yekunu olaraq beynəlxalq təşkilatlara ünvanlanacaq hesabatın hazırlanması üçün zəruri məlumatlar və dəlillər toplanılıb.

Qeyd edək ki, Türkiyədən olan nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir.