Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

TİHEK nümayəndə heyəti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri ilə görüş keçirib

29-06-2021 224 dəfə oxunub
TİHEK nümayəndə heyəti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri ilə görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Süleyman Arslanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevlə görüşüb. 

Görüşdə qardaş Türkiyənin ölkəmizə verdiyi siyasi və mənəvi dəstəyin yüksək qiymətləndirildiyi vurğulanıb. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin qayıdışının təmin olunması üçün hazırda genişmiqyaslı işlərin görüldüyü diqqətə çatdırılıb. 

Görüş zamanı Azərbaycanda həyata keçirilmiş hüquqi islahatlar, insan hüquqları sahəsində əməkdaşlıq istiqamətləri barədə müzakirə aparılıb.

Bununla yanaşı, Azərbaycan Ombudsman təsisatı ilə TİHEK arasında sıx əlaqələr olduğu bildirilib, müxtəlif ixtisaslaşmış tədqiqatçılardan ibarət Qarabağ Müşahidə Qrupunun yaradılması və fəaliyyəti barədə məlumat verilib. 

Ölkəmizdə səfərdə olan nümayəndə heyəti tərəfindən işğaldan azad olunmuş ərazilərdə və Vətən müharibəsi dövründə zərərçəkmiş mülki şəxslərin yaşadığı yerlərdə birgə araşdırmalar aparılacağı bildirilib.

Yekunda gələcəkdə insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə təcrübə mübadiləsinin aparılması barədə müzakirələr aparılıb və tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.