Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Sumqayıt şəhərində İnformasiya əldə etmək hüququna həsr edilmiş maarifləndirmə tədbiri keçirilib

25-06-2021 258 dəfə oxunub
Sumqayıt şəhərində İnformasiya əldə etmək hüququna həsr edilmiş maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən Sumqayıt şəhərinin Heydər Əliyev Mərkəzində informasiya əldə etmək hüququnun müdafiəsi üzrə növbəti hüquqi maarifləndirici tədbir təşkil edilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Polis İdarəsinin, Təhsil Şöbəsinin, Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsinin və informasiya sahibi olan digər dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının nümayəndələri iştirak ediblər.

Maarifləndirici tədbirdə Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri L.Zeynalova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov çıxış ediblər.

Ombudsman Aparatının əməkdaşı çıxışında Müvəkkil tərəfindən informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, informasiya əldə etmək hüququnun təmini və təbliği, bu hüququn pozulması ilə əlaqədar daxil olan müraciətlərin baxılması və cavablandırılması, monitorinq və təhlillərin həyata keçirilməsi ilə bağlı məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıb.