Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı erkən nikahlara dair onlayn təlimdə iştirak edib

24-05-2021 222 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı erkən nikahlara dair onlayn təlimdə iştirak edib

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən uşaq nikahlarının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi məqsədiləTəhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf MərkəziAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Gənclər və İdman Nazirliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıqdaonlayn təlimseminarı təşkil edib.

Ombudsman Aparatının nümayəndəsi Nigar Ağayeva seminarda erkən nikah hallarının aradan qaldırılması istiqamətində Ombudsmanın fəaliyyəti haqqında iştirakçılara məlumat verib. O, bu istiqamətdə müntəzəm olaraq maarifləndirici tədbirlərin həyata keçirildiyini qeyd edib. 

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr olub, ekspertlər tərəfindən suallar cavablandırılıb və təkliflər irəli sürülüb.