Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman BMT-nin Azərbayandakı rezident əlaqələndiricisi ilə görüşüb

21-06-2021 193 dəfə oxunub
Ombudsman BMT-nin Azərbayandakı rezident əlaqələndiricisi ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzaini ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. 

Görüş zamanı Səbinə Əliyeva fəaliyyət dövrü ərzində ölkəmizdə insan hüquqlarının müdafiəsi ilə bağlı Ombudsman təsisatına verdiyi dəstəyə görə Qulam İsakzaiyə təşəkkürünü ifadə edib.   

Səmimi qəbula görə Ombudsmana  təşəkkür edən qonaq fəaliyyət dövrü ərzində Ombudsman təsisatı ilə səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. O, BMT-nin Dayanaqlı İnkişaf Məqsədlərinə nail olunmasında təsisatın rolunun əhəmiyyətini xüsusilə qeyd edib. Bildirilib ki, BMT-nin ölkə üzrə idarə heyəti və Azərbaycan Hökumətinin imzaladığı 2021 - 2025-ci illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi bu istiqamətdəki fəaliyyətə böyük təkan verəcəkdir.

Görüşün yekununda S.Əliyeva gələcək fəaliyyətində Qulam İsakzaiyə uğurlar arzulayıb.