Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbirlər təşkil ediblər

10-05-2021 238 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbirlər təşkil ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) regional mərkəzləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar onlayn tədbirlər keçiriblər.

Ombudsmanın Şəki Regional Mərkəzi Qəbələ rayon Heydər Əliyev Mərkəzi ilə birgə Qəbələ rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarınəməkdaşlarının iştirakı ilə “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda videokonfrans keçirib. Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov çıxış edərək, Ulu Öndərin təşəbbüsü ilə 28 dekabr 2001-ci il tarixində “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında”  Konstitusiya Qanununun qəbul edilməsinin ölkənin hüquq sistemində həyata keçirilmiş digər islahatlarla yanaşı Azərbaycanın demokratik və hüquqi dövlət kimi tanınmasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı ilə birgə təşkil edilmiş “Azərbaycan qədər əbədi lider” mövzusunda onlayn tədbirdə çıxış edərək, Azərbaycanın bu gün dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınmasının Heydər Əliyevin adi ilə bağlı olduğunu bildirib.

Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev Quba Heydər Əliyev Mərkəzi ilə birgə Şabran, Siyəzən Heydər Əliyev Mərkəzlərinin iştirakı ilə “Heydər Əliyev və insan hüquqları” mövzusunda təşkil olunan videokonfransda çıxış edərək, ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində qəbul edilmiş normativ sənədlər, dövlət proqramları, institusional islahatlar barədə danışaraq bu sahədə Ulu Öndərin əvəzsiz rolu olduğunu qeyd edib.