Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın təşəbbüsü ilə şəhid ailələri və qazilər üçün növbəti tibbi yardım aksiyası Ağstafada təşkil olunub

19-06-2021 276 dəfə oxunub
Ombudsmanın təşəbbüsü ilə şəhid ailələri və qazilər üçün növbəti tibbi yardım aksiyası Ağstafada təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü və “EGIS Pharmaceuticals PLC” şirkətinin dəstəyi ilə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərimiz üçün növbəti tibbi yardım aksiyası Ağstafada təşkil olunub.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya çərçivəsində pulsuz tibbi xidmətlərin göstərilməsində kardioloq, nevropatoloq, endokrinoloq, ginekoloq, pediatr, psixiatr mütəxəssislər iştirak ediblər. Həkim və mütəxəssislər Vətən müharibəsi nəticəsində müxtəlif növ travmalar almış, doğmalarını itirmiş şəxslərə lazımi tibbi və psixoloji yardım göstəriblər.

Qeyd edək ki, layihə çərçivəsində bundan öncəki tibbi yardım aksiyası Tərtərdə təşkil edilmişdi.