Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

04-05-2021 283 dəfə oxunub
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində Ombudsman Aparatı ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda onlayn tədbir təşkil edilib. Tədbirdə Ombudsman, Aparatın əməkdaşları, habelə əlilliyi olan şəxslər və bu sahədə fəaliyyət göstərən təşkilatların nümayəndələri  iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Ombudsman Səbinə Əliyeva əlilliyi olan şəxslərin hüquqlarının səmərəli müdafiəsində Ombudsmanın rolu, bu sahədə vətəndaş cəmiyyəti ilə əməkdaşlığın gücləndirilməsinədair məruzə ilə çıxış edib. Səbinə Əliyeva BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi haqqında” Konvensiyasının 33.2-ci maddəsinə əsasən Ombudsmanın bu sahədə müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirdiyini qeyd edərək, bu əhali qrupunun hüquqlarının təmin edilməsindətəsisatın fəaliyyət istiqamətlərini açıqlayıb.Ombudsman əlilliyi olan şəxslər üçün müxtəlif sahələrdə xidmətlərin əlçatanlığının təmin olunması istiqamətində həyata keçirilmiş işlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib.

Daha sonra Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə, Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli, Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli məruzə ilə çıxış ediblər. Çıxışlarda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə strateji yanaşmalar, Ombudsmanın bu sahədə fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. 

Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində fəaliyyətləri, çətinlikləri və qarşıda duran işlərlə bağlı geniş məlumat veriblər. Tədbirdə Azərbaycan Əfqanıstan Veteranları İttifaqı, Qarabağ Əlillər və Veteranlar Cəmiyyəti, “Müstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyi, Əlil Qadınlar Cəmiyyəti, Azərbaycana Birgə Yardım (UAFA) Təşkilatının  Gəncə şöbəsi, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi, Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsinin nümayəndələri bir sıra təkliflərlə çıxış ediblər.

Tədbirdə əlilliyi olan şəxslərin qarşılaşdığı problemlər səsləndirilib. OmbudsmanSəbinə Əliyeva müraciətləri dinləyib, sualları cavablandırmaqla yanaşı, qaldırılan məsələləri diqqətdə saxlayacağını bildirib. 

Yekunda Ombudsman təsisatı ilə əlilliyi olan şəxslərin təmsil olunduğu vətəndaş cəmiyyəti institutları arasında gələcək əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.