Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Şəki və Gəncə şəhərlərində “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbirləri keçirilib

17-06-2021 259 dəfə oxunub
Şəki və Gəncə şəhərlərində “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbirləri keçirilib

Ombudsman Aparatı tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində Şəki və Gəncə şəhərlərində yerləşən Heydər Əliyev Mərkəzlərində informasiya əldə etmək hüququnun müdafiəsi üzrə hüquqi maarifləndirici tədbirlər təşkil edilib.

Maarifləndirici tədbirlərdə Şəki və Gəncənin yerli icra hakimiyyətlərinin, polis şöbələrinin, təhsil şöbələrinin və informasiya sahibi olan digər dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

Şəki Regional Mərkəzinin rəhbəri P.Məmmədov, Gəncə Regional Mərkəzinin rəhbəri S.Abbasov, Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri L.Zeynalova və Aparatın digər əməkdaşları tədbirlərdə çıxış ediblər.

Tədbirlərdə iştirakçılar Ombudsmanın informasiya sahibi olan dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı fəaliyyəti barədə məlumatlandırılıb.

Aparatın əməkdaşları çıxışları zamanı həmçinin informasiya əldə etmək hüququnun yaranma tarixi, bu sahədə mövcud olan beynəlxalq sazişlər, informasiya sahiblərinin və sorğuçuların hüquqları, qanunvericilikdə təsbit olunmuş digər maddələr haqqında da ətraflı məlumat veriblər.

Daha sonra İnformasiya əldə etmək hüququ haqqında təqdimat iştirakçılarının diqqətinə çatdırılıb.