Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri “Hüquqlarımızı öyrənək və bilək”mövzusunda videokonfransda iştirak edib

23-04-2021 242 dəfə oxunub
Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri “Hüquqlarımızı öyrənək və bilək”mövzusunda videokonfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov Şəki şəhər Təhsil Şöbəsitərəfindəntəşkil edilmiş, Şəki Rayon İcra Hakimiyyəti, Şəki şəhər-rayon Polis şöbəsi əməkdaşlarının, məktəb direktorlarının, müəllim və şagirdlərin iştirakı ilə keçirilmiş “Hüquqlarımızı öyrənək və bilək” mövzusunda videokonfransda iştirak edib.

Pərviz Məmmədov videokonfransda çıxış edərək, ölkəmizin uşaq hüquqları sahəsində bir sıra beynəlxalq sənədləriratifikasiya etdiyini, uşaq problemlərinin həllində mühüm rol oynayan normativ hüquqi aktların qəbul edildiyini bildirib. 

Uşaq hüquqlarının müdafiəsinin Ombudsmanın fəaliyyətində başlıca istiqamətlərdən biri olduğunu qeyd edən P.Məmmədov bu sahədə həyata keçirilən tədbirlərlə bağlı iştirakçıları məlumatlandırıb.       

Ombudsmanın nümayəndəsi iştirakçılara “Uşaq Hüquqları Konvensiyası”nın, “Uşaq hüquqları haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının müddəaları, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın məqsədi və prioritet istiqamətləri barədə məlumat verib.

Videokonfrans iştirakçıları mövzu ilə əlaqədar fikirlərini bölüşüb, daha sonra videoçarxlar və slaydlar nümayiş etdirilib. Tədbirdəşagirdlərin sualları cavablandırılıb.