Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın təşəbbüsü ilə Tərtərdə şəhid ailələri və qazilər üçün tibbi yardım aksiyası təşkil olunub

05-06-2021 253 dəfə oxunub
Ombudsmanın təşəbbüsü ilə Tərtərdə şəhid ailələri və qazilər üçün tibbi yardım aksiyası təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü və “EGIS Pharmaceuticals PLC” şirkətinin dəstəyi ilə Tərtərdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərimiz üçün pulsuz tibbi yardım aksiyası təşkil olunub. Tibbi xidmətlərin göstərilməsində kardioloq, endokrinoloq, nevropatoloq, ginekoloq, pediatr, psixiatr mütəxəssislər iştirak edirlər.

Tərtər Rayon Mərkəzi Xəstəxanasında keçirilən həmin aksiya çərçivəsində müharibə nəticəsində müxtəlif travmalar almış, doğmaları həlak olmuş şəxslərə həkim və mütəxəssislər tərəfindən lazımi tibbi və psixoloji yardım göstərilib.

Qeyd edək ki, Ombudsmanın təşəbbüsü əsasında daha öncə də şəhid ailələri, qazilər, habelə müharibə nəticəsində həlak olmuş mülki şəxslərin yaxınları üçün psixoloji dəstək aksiyaları keçirilib və bu tədbirlər davam etdiriləcək.