Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman 2020-ci il üzrə məruzəsini Milli Məclisdə təqdim edib

02-04-2021 258 dəfə oxunub
Ombudsman 2020-ci il üzrə məruzəsini Milli Məclisdə təqdim edib

“Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsi 2021-ci il 25 fevral tarixində Azərbaycan Respublikası Prezidentinə təqdim edilib və aprelin 2-də Ombudsman Səbinə Əliyeva həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edib.

Ombudsman Səbinə Əliyeva əvvəlcə Fəxri xiyabanda Ombudsman təsisatının yaradılmasında xüsusi rolu olmuş Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə güllər düzülüb. Daha sonra Ombudsman Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini dərin hörmətlə yad edib.

Ombudsmanın Milli Məclisdə çıxışı zamanı ölkədə insan hüquq və azadlıqlarının qorunması, pandemiya və müharibə dövründə insan hüquqlarının təmini sahəsində vəziyyət təhlil edilib, il ərzində pozulmuş hüquqların bərpasına yönəlmiş fəaliyyət barədə məlumat verilib. Ombudsman məruzədə insan hüquq və azadlıqlarının səmərəli təmin olunması istiqamətində bir çox təklif və tövsiyələr verib.

Qeyd edək ki, Ombudsmanın 2020-ci il üzrə məruzəsi ictimaiyyətin tanış olması üçün təsisatın rəsmi internet səhifəsində yayımlanıb və dərc edilməsi üçün mətbuat orqanlarına təqdim ediləcək.