Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının kitabxanası Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı aksiyaya qoşulub

29-01-2021 222 dəfə oxunub
Ombudsman Aparatının kitabxanası Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı aksiyaya qoşulub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının kitabxanası F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən 14 fevral Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar keçirilən “Oxunan hər kitab nurlu sabahdır” adlı kitab aksiyasına qoşulub.

6 adda 450 nüsxə çap məhsulu (kitab, liflet, plakat) Respublika Uşaq Kitabxanasına hədiyyə edilib. Qeyd etmək lazımdır ki, hədiyyə edilmiş Uşaq hüquqları konvensiyası, “Uşaqları cismani cəzadan qoruyun”, “Mənim Hüquqlarım”, “Uşaqlar, ehtiyatlı olun! Mina, mərmi və digər hərbi sursatlar həyat üçün təhlükəlidir”, “Əllərinizi sabunla yuyun”, “Məlumatlı ol! Zorakılığa məruz qalma” adlı, kitab, liflet, plakatlardan ibarət çap məhsulları bu mövzularda uşaqların maarifləndirilməsinə dəstək məqsədi daşıyır.