Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə şagirdlər və müəllim heyəti ilə görüş keçirib

18-12-2023 387 dəfə oxunub
Ombudsman Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə şagirdlər və müəllim heyəti ilə görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakı şəhəri 239 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və uşaq hüquqları” mövzusunda təşkil olunan tədbirdə şagirdlər və müəllim heyəti ilə görüşüb.

Ombudsman tədbirdə çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, ölkəmizin tarixindəki rolu, dahi şəxsiyyətin insan hüquq və azadlıqlarının qorunması sahəsində göstərdiyi misilsiz xidmətləri barədə tədbir iştirakçılarına məlumat verib.

S. Əliyeva çıxışı zamanı Ombudsman təsisatının yaradılmasında  Ulu öndərin rolundan bəhs edib. Eyni zamanda, Ombudsman bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının təmini istiqamətində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilərək mühüm işlərin görüldüyünü qeyd edib. 

Müvəkkil dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin uşaqların problemlərinə böyük həssaslıqla yanaşdığını, onun rəhbərliyi dövründə uşaqların hüquq və maraqlarının təmin olunması, dövlət uşaq siyasətinin hüquqi əsaslarının formalaşması istiqamətində mühüm işlərin görüldüyünü, bu sahədə qanunvericilik bazasının yaradıldığını diqqətə çatdırıb.

Gənc nəslin hərtərəfli inkişafı, cəmiyyətə faydalı vətəndaş kimi yetişməsinin önəminə toxunan Ombudsman xalqımızın milli sərvəti olan Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliğinin vacibliyini xüsusi vurğulayıb, uşaqlara və müəllimlərə bu istiqamətdə tövsiyələrini çatdırıb.

S.Əliyeva təsisatın uşaq hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyəti və Ombudsmana müraciət üsullarından bəhs edib, “Heydər Əliyev İli” çərçivəsində Ombudsman Aparatı tərəfindən silsilə tədbirlərin keçirildiyini bildirib. 

Tədbir zamanı tarixi şəxsiyyət Heydər Əliyevin yürütdüyü siyasəti, habelə uşaqların və gənclərin hüquqlarının müdafiəsinə dair fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbir çərçivəsində məktəblilərin əl işlərindən hazırlanan sərgiyə baxış keçirilib, şagirdlərin çıxışları dinlənilib və mövzu üzrə müzakirələr aparılıb.