Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının nümayəndələri Qazaxıstanda beynəlxalq konfransda iştirak ediblər

13-12-2023 246 dəfə oxunub
Ombudsman Aparatının nümayəndələri Qazaxıstanda beynəlxalq konfransda iştirak ediblər

Qazaxıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşkilatçılığı ilə Astana şəhərində Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümünə həsr olunmuş “İnsan hüquqlarına dair beynəlxalq hüquq normalarının milli qanunvericiliyə implementasiyası” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri İnsaf Nəsirov və Rəşad Novruzov, beynəlxalq təşkilatların, bir sıra xarici ölkələrin ombudsmanları və milli insan hüquqları təsisatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxışı zamanı İnsaf Nəsirov Azərbaycan Ombudsmanın insan hüquq və azadlıqlarının təmini sahəsindəki fəaliyyəti barədə məlumat verib. O, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən bəhs edərək, bu dəyişikliklərin təsisatın fəaliyyətinin Paris Prinsiplərinə tam uyğunlaşdırılmasına xidmət etdiyini diqqətə çatdırıb.

Daha sonra biznes strukturları tərəfindən hüquq pozuntuları hallarında hüquq-müdafiə vasitələrinə çatım məsələsi qeyd edilib, Ombudsman tərəfindən cari ilin əvvəlindən etibarən BMT-nin Azərbaycan ofisi ilə birgə əməkdaşlıq çərçivəsində “Biznes və İnsan hüquqları üzrə Rəhbər Prinsiplər”in milli qanunvericiliyə implementasiyası və bu sahədə milli fəaliyyət planının hazırlanması üzrə zəruri işlərin görüldüyü, Ombudsman təsisatı tərəfindən ölkədə bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsinin aparıldığı vurğulanıb.

Tədbirdə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə ədalətli mühakimə hüququna çıxışın təmin edilməsi və qanunvericiliyin təkmilləşdirilməsi sahəsində milli insan hüquqları təsisatlarının rolu və fəaliyyətinin gücləndirilməsi mövzularında müzakirələr aparılıb, bu sahədə müsbət təcrübələr dinlənilib.