Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilin (Ombudsmanın) Şimal, Qərb, Şimal-Qərb və Cənub Regional mərkəzləri tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günündə əziz xatirəsi dərin ehtiramla yad edilib, tədbirlər təşkil olunub.
Ümummilli Liderin anım günü ilə əlaqədar keçirilmiş tədbirlərdə Ulu Öndərin rəhbərliyi ilə respublikamızda insan hüquqlarının inkişafı və təmini, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilmiş islahatlardan bəhs edilib.
Tədbirlərdə, həmçinin elm, təhsil, mədəniyyət, insan hüquqları, milli-mənəvi dəyərlərin qorunması və gənclər sahəsində Ulu Öndər Heydər Əliyevin apardığı islahatlar haqqında çıxışlar dinlənilib.