Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Türkiyədə hərbi helikopterin qəzaya uğraması ilə bağlı qardaş ölkənin müxtəlif qurum rəhbərlərinə başsağlığı verib

05-03-2021 199 dəfə oxunub
Ombudsman Türkiyədə hərbi helikopterin qəzaya uğraması ilə bağlı qardaş ölkənin müxtəlif qurum rəhbərlərinə başsağlığı verib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyədə baş vermiş hərbi helikopter qəzası ilə bağlı Türkiyənin Baş Ombudsmanı Şeref Malkoça, İnsan Hüquqları və Bərabərlik Qurumunun rəhbəri Süleyman Arslana, eləcə də Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özorala başsağlığı ünvanlayıb. O, həlak olmuş hərbçilərə Allahdan rəhmət, yaralılara şəfa, yaxınlarına isə səbir diləyib.  

Məlumat üçün bildirməliyik ki, Türkiyənin Bitlis əyalətinin Tatvan bölgəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində yüksək rütbəli hərbi qulluqçular və əsgərlər şəhid olub.