Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlunu 80 illik yubileyi münasibətilə təbrik edib.
Ombudsman ölkəmizdə insan hüquqlarının müdafiəsi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində fəal iştirakına görə N.Cəfəroğluya təşəkkürünü bildirib, ona fəxri fərman təqdim edib.