Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman aparatının əməkdaşları Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinə baxış keçiriblər

22-02-2022 10744 dəfə oxunub
Ombudsman aparatının əməkdaşları   Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinə baxış keçiriblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı arasında razılaşdırılmış tədbirlər planına müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının hərbi hissələrə, hərbi təhsil və tibb müəssisələrinə başçəkmələri müntəzəm qaydada davam etdirilir.

Aparatın əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsinə mövcud pandemiya tələblərinə əməl etməklə baxış keçiriblər.

Baxış zamanı hərbi hissənin komandanlığı tərəfindən Aparatın əməkdaşlarına hərbi hissə barədə məlumat verilib. 

Ombudsmanın nümayəndələri tərəfindən hərbi hissənin əsgər yataqxanasına, ixtisas tədris korpusuna, tibb hissəsinə, əsgər hamamına, görüş otağına, yeməkxanaya  və camaşırxanaya baxış keçirilib. 

Eyni zamanda, Ombudsman Aparatının əməkdaşları yeməkxana korpusunda və camaşırxanada olarkən orada işləyən mülki şəxslərlə də görüşüblər.

Gələcəkdə bu cür tədbirlərin Mülki Müdafiə Qoşunlarının digər hərbi hissələrində, o cümlədən razılaşdırılmış tədbirlər planına müvafiq olaraq digər qoşun növlərində də həyata keçirilməsi davam etdiriləcək.