Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edib

09-01-2021 237 dəfə oxunub
Ombudsman Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edib

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsi, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun 13.2.8-ci maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 32.1-ci maddəsini rəhbər tutaraq, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Cinayət Məcəlləsinin 85.3-cü, 85.4-cü maddələrinin və Mülki Məcəllənin 1193-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinə sorğu verib. 

Hər iki sorğu mahiyyəti üzrə baxılmaq üçün Konstitusiya Məhkəməsi tərəfindən Plenum icraatına qəbul edilib. Sorğulara müvafiq olaraq Plenumun 29 yanvar və 2 fevral tarixlərinə təyin edilmiş iclaslarında baxılacaq.