Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın təşəbbüsü ilə Qubada bir qrup şəhid ailəsinə və qazilərə psixoloji yardım aksiyası keçirilib

17-02-2021 271 dəfə oxunub
Ombudsmanın təşəbbüsü ilə Qubada bir qrup şəhid ailəsinə və qazilərə psixoloji yardım aksiyası keçirilib

16-17 fevral 2021-ci il tarixlərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında Ombudsman Aparatının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba Gənclər Mərkəzində“Briut” Tibb Mərkəzinin  psixoloq və psixiatrlarının iştirakı ilə Vətən müharibəsi nəticəsində doğmalarını itirmiş şəhid ailələrinin üzvlərinə, həmçinin qazilərimizə psixoloji yardım göstərilib.

Əsas məqsəd müharibədən zərərçəkmiş şəxslərin post-travmatik stress mərhələsindəki psixoloji sağlamlıq vəziyyətinin düzəlməsinə yardım etmək və onlara normal həyata adaptasiya istiqamətində dəstək verməkdən ibarət olub. Aksiya çərçivəsində 10 şəhid ailəsinin üzvlərinə və 30 nəfər qaziyə psixoloji yardım göstərilib.