Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində videokonfranslar keçiriblər

08-12-2020 341 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində videokonfranslar keçiriblər

25 noyabr-10 dekabr tarixləri arasında elan olunan “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)Gəncə, Şəki, Quba Regional Mərkəzləri tərəfindənhəmin regional mərkəzlərin əhatə etdiyi rayonların müəssisə, idarə, təşkilatlarınınəməkdaşları və gənclərin iştirakı ilə videokonfranslar keçirilib.

Ombudsmanın Gəncə Regional Mərkəzi Samux rayon Heydər Əliyev Mərkəzi ilə birgə BMT-nin təşəbbüsü ilə 25 noyabr-10 dekabr tarixlərində keçirilən bu kampaniya çərçivəsində “Qadın və qızlara qarşı zorakılığa son qoyaq” mövzusunda onlayn tədbir keçirib. Tədbirdə bir sıra rayonların Heydər Əliyev Mərkəzlərinin nümayəndələri ilə yanaşı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin eksperti Zülfiyyə Quliyeva da iştirak edib. Videokonfransda qeyd edilib ki, ölkəmizin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” haqqında Konvensiyaya qoşulması, qadın hüquqları sahəsində dövlət siyasətinin formalaşması, “Gender(kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunlarının qəbul edilməsi və institusional islahatlar bu istiqamətdə atılan mühüm addımlardır. Tədbir iştirakçılarına həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli Sərəncamı  ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” barədə məlumat verilib.

Ombudsmanın Şəki Regional Mərkəzinin keçirdiyi tədbirdə təhsil və maarifləndirmənin zorakılığa qarşı mübarizədə ən səmərəli həll yollarından biri olduğu diqqətə çatdırılıb.Videokonfransda iştirakçılar bu sahədə ölkəmizin qoşulduğu beynəlxalq konvensiyaların, qəbul edilmiş milli qanunvericilik aktlarının, o cümlədən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın müddəaları barədə məlumatlandırılıb.

Ombudsmanın Quba Regional Mərkəzi də videokonfrans rejimində Quba Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları və fəal oxucuları ilə “Hüquqlarımızı bilək və qoruyaq!” adlı maarifləndirmə tədbiri keçirib. Müvəkkilin qadın hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlər, ölkəmizdə  qəbul olunan qanunlar, xüsusən də cari ilin 27 noyabr tarixində ölkə başçısı tərəfindən imzalanan “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” və bu sənəddən irəli gələn tədbirlər barədə iştirakçılara geniş məlumat verilib.

Videokonfranslardasuallar cavablandırılıb,digər iştirakçılar çıxış edərək fikirlərini bildiriblər.