Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Gəncə şəhər 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə başçəkmə həyata keçirilib

07-12-2020 279 dəfə oxunub
Gəncə şəhər 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə başçəkmə həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Gəncə şəhər 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə (publik hüquqi şəxs) planlı başçəkmə həyata keçirilib.

BMT-nın “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftarın, burada qalan şəxslərin hüquqlarının təmin edilməsi, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı müəssisənin əsaslı təmir edilmiş inzibati və yataqxana korpuslarına, palatalarına, yeməkxanası və ərzaq anbarına, digər obyektlərinə baxış keçirilib.        

Müəssisə sakinləri ilə söhbətlər zamanı saxlanma şəraiti və rəftarla bağlı şikayət daxil olmayıb. 

Bununla yanaşı müəssisədə həkim psixiatra ehtiyac vardır. 

Yekunda Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən COVID-19 pandemiyasına qarşı mübarizədə, xüsusi karantin rejimi dövründə bütün sanitar-gigiyenik qaydalara əməl olunmasının zəruriliyi müəssisə əməkdaşlarının  diqqətinə  çatdırılıb.