Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cəlilabad Regional Mərkəzi “Uşaq Hüquqları Aylığı” çərçivəsində onlayn tədbir keçirib

24-11-2020 248 dəfə oxunub
Ombudsmanın Cəlilabad Regional Mərkəzi “Uşaq Hüquqları Aylığı”  çərçivəsində onlayn tədbir keçirib

20 oktyabr-20 noyabr Müvəkkilin təşəbbüsü ilə ölkəmizdə  elan edilən "Uşaq Hüquqları Aylığı" çərçivəsində Ombudsmanın Cəlilabad Regional Mərkəzi Lənkəran şəhər, O.Mirzəyev adına qarışıq tipli uşaq evində “Uşaq hüquqları insan hüquqlarının mühüm tərkib hissəsi kimi” mövzusunda onlayn maarifləndirmə tədbiri keçirib.

Keçirilən tədbirdə Regional Mərkəzin rəhbəri Z.İsmayılov iştirakçıları 20 noyabr-Ümumdünya Uşaqlar Günü münasibətilə təbrik edərək, bütün əhali qrupları kimi uşaqların da daim Müvəkkilin diqqət mərkəzində olduğunu bildirib və "Uşaq Hüquqları Aylığı"nın keçirilməsinin məqsəd və əhəmiyyətini açıqlayıb.

Tədbirdə beynəlxalq hüquqi sənədlər, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Uşaq Hüquqları Konvensiyası, Konstitusiya və onun sosial-hüquqi mahiyyəti, funksiyaları sə s. haqqında geniş məlumat verilib.

İştirakçılar eyni zamanda Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu, Ombudsmanın müvafiq sahədəki geniş fəaliyyəti, uşaq hüquqlarının müdafiəsinin daha səmərəliliyinin artırılması məqsədilə Müvəkkil tərəfindən verilən təkliflər, Uşaq hüquqlarının Pilləli Tədrisi Layihəsi və əhəmiyyəti, uşaq hüquqlarının beynəlxalq müdafiə mexanizmləri barəsində söhbət aparıb.

Müvəkkilin 24 saat fəaliyyət göstərən Çağrı Mərkəzi, eyni zamanda müvafiq sahə ilə əlaqədar mühüm müddəalar barədə geniş məlumat verilib. Qeyd edilməlidir ki, həmin Çağrı Mərkəzinə uşaqlar da müraciət edə bilər. 

Sonda iştirakçılar mövzu barəsində maraqlı fikir mübadiləsi aparıblar.