Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanı TRT World Kanalının əməkdaşlarını qəbul edib

18-11-2020 285 dəfə oxunub
Azərbaycan Ombudsmanı TRT World Kanalının   əməkdaşlarını qəbul edib

27 sentyabr 2020-ci il tarixdən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi cinayətlər mütəmadi olaraq yerli və beynəlxalq kütləvi informasiya vasitələri tərəfindən geniş dünya ictimaiyyətinə çatdırılıb. 

Bu məqsədlə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan ərazilərinə Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində mülki əhaliyə qarşı törədilmiş kobud insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmış Türkiyənin “TRT World” kanalının əməkdaşları Nihat Yayman və Hasan Abdullahı qəbul edib və onlara qərəzsiz və obyektiv fəaliyyətlərinə görə təşəkkürünü bildirib. 

Qonaqlar Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasından məmnun olduqlarını qeyd edərək, göstərilən diqqətə və münasibətə görə Müvəkkilə öz minnətdarlıqlarını bildiriblər. 

Sonda N. Yayman və H. Abdullah Ombudsman Səbinə Əliyeva tərəfindən fəxri fərman və Ombudsmanın xatirə medalı ilə təltif olunublar.