Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Gəncədə ziyan dəymiş tarixi-dini memarlıq abidələrinə dair aralıq hesabat hazırlayıb

03-11-2020 221 dəfə oxunub
Ombudsman Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Gəncədə ziyan dəymiş tarixi-dini memarlıq abidələrinə dair aralıq hesabat hazırlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raketlərlə atəşinə tutması nəticəsində ciddi ziyan dəymiş tarixi-dini memarlıq abidələrinə dair aralıq hesabat hazırlayıb. 

Hesabat Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raketlərlə atəşə tutması nəticəsində ciddi ziyan dəymiş “İmamzadə Ziyarətgah” Kompleksi və Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində Ombudsman tərəfindən həyata keçirilmiş monitorinqlər zamanı yerində toplanmış faktları özündə əks etdirir. 

Hesabatda təcavüzkar Ermənistanın Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə ballistik raket zərbələri endirməklə təkcə Azərbaycanın deyil, eyni zamanda dünya mədəni irsinə aid dini-mədəni abidələri, ziyarətgahları və ümumbəşəri dəyərləri hədəf aldığınıbeynəlxalq humanitar hüququn, o cümlədən Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında UNESCO-nun 1954-cü il Haaqa KonvensiyasıDünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il KonvensiyasıMüharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı IV Cenevrə KonvensiyasıArxeoloji irsin mühafizəsi haqqında 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozması qeyd olunub, milli, mənəvi, dini terror həyata keçirən, tarixi, dini-mədəni abidələri məhv edən, insan hüquq və azadlıqlarını kobud şəkildə pozaraq müharibə cinayətləri törədən işğalçı Ermənistan dövlətinin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində ciddi səy göstərməyə çağırış edilib.

Hesabat dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, milli insan hüquqları təsisatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərilib.

Hesabatın tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

 

https://ombudsman.az/upload/editor/files/Araliq_Hesabat_Gence_tarixi-dini%20abideler_monitorinq.pdf