Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç brifinq keçiriblər

23-10-2020 318 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç brifinq keçiriblər

Ombudsman Səbinə Əliyeva və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən Gəncədə həyata keçirilən birgə faktaraşdırıcı missiya ilə bağlı Ombudsman Aparatında brifinq keçirilib. 

Brifinqdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhəri və digər ərazilərini mütəmadi olaraq atəşə tutması, mülki əhali arasında tələfat və çoxsaylı dağıntılarla nəticələnən hücumlar barədə danışılıb. Görüş zamanı diqqətə çatdırılıb  ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini raket atəşinə tutması nəticəsində baş vermiş çoxsaylı insan tələfatı və dağıntılarla bağlı  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)  İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının Prezidenti və Türkiyə Respublikasının Baş Ombudsmanı ilə birgə həyata keçirdiyi  faktaraşdırıcı missiyanın nəticələrinə dair Bəyanat qəbul edilib.

Eyni zamanda Ombudsmanlar tərəfindən birgə faktaraşdırıcı missiyada toplanmış materiallar əsasında hazırlanacaq hesabatın beynəlxalq təşkilatlara göndəriləcəyi bildirilib.