Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncədə həyata keçirdiyi faktaraşdırıcı monitorinqin nəticələrinə dair hesabat beynəlxalq təşkilatlara göndərilib

08-10-2020 357 dəfə oxunub
Ombudsmanın Gəncədə həyata keçirdiyi faktaraşdırıcı monitorinqin nəticələrinə dair hesabat beynəlxalq təşkilatlara göndərilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq ictimaiyyətə həyata keçirdiyi növbəti faktaraşdırıcı fəaliyyətinin nəticələrinə dair Hesabat təqdim edib. Bu Hesabat Ermənistan silahlı qüvvələrininAzərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı ikinci böyük şəhəri olan Gəncə şəhərində yaşayış məntəqələrini ağır artilleriya və raket atəşinə tutmasınəticəsində törədilmiş dağıntılar və insan tələfatı ilə bağlı Ombudsmanın yerində araşdırmaları, yaralanmış, habelə zərərçəkmiş şəhər sakinləri ilə görüşləri zamanı toplanmış məlumatlar əsasında hazırlanıb və 2020-ci il 4-6 oktyabr tarixlərini əhatə edir. 

Ombudsmanın HesabatıBMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib. 

https://ombudsman.az/upload/editor/files/Ombudsman_Gence_Hesabat_04-06.10.2020.pdf