Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ukrayna və Serbiya Ombudsmanları Azərbaycan Ombudsmanına dəstək ifadə ediblər

04-10-2020 432 dəfə oxunub
Ukrayna və Serbiya Ombudsmanları Azərbaycan Ombudsmanına dəstək ifadə ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya Ukraynanın İnsan Hüquqları üzrə Parlament Müvəkkili və Serbiya Vətəndaşlarının Müdafiəçisi tərəfindən dəstək məktubları ünvanlanıb.

Ukrayna və Serbiyadan olan həmkarları Ombudsmana məktublarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisində yerləşən yaşayış məntəqələrinin hədəfə alınması ilə ağır artilleriyadan atəşə tutulması və insan tələfatı ilə nəticələnən vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər. Hər iki məktubda Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunub.