Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları “Nifrət nitqinə qarşı mübarizədə bərabərlik qurumlarının rolu” mövzusunda xüsusi tədbirdə iştirak ediblər

01-10-2020 244 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları “Nifrət nitqinə qarşı mübarizədə bərabərlik qurumlarının rolu” mövzusunda xüsusi tədbirdə iştirak ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları 29-30 sentyabr tarixlərində “Nifrət nitqinə qarşı mübarizədə bərabərlik qurumlarının rolu” mövzusunda onlayn formatda keçirilən xüsusi tədbirdə iştirak ediblər.

Tədbirdə bir neçə ölkədən 70-ə yaxın nümayəndə iştirak edib. Tədbir zamanı nifrət nitqi və bununla bağlı Ombudsman institutlarının, milli insan hüquqları təsisatlarının və digər aidiyyəti qurumların fəaliyyəti, onların gördükləri işlər müzakirə edilib.

Ombudsman Aparatının nümayəndələri tədbir zamanı çıxışlarında cari ilin may-avqust aylarında nifrət nitqi ilə əlaqədar təsisatın əməkdaşlarının “Help” kurslarında iştirak etdiklərini və həmin kursu müvəffəqiyyətlə bitirdiklərini qeyd edib, o cümlədən mövcud pandemiya dövründə ölkəmizdə görülmüş tədbirlər, fəaliyyətimizdə ayrı-seçkiliklə mübarizə ilə bağlı görülən müvafiq işlər barədə danışıblar. Həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən 27 sentyabr tarixindən başlayaraq Azərbaycan Ordusunun mövqeləri, eləcə də Azərbaycan Respublikasının mülki əhalisinin məskunlaşdığı yaşayış məntəqələrinin mütəmadi olaraq intensiv atəşə tutulması və insan tələfatı ilə bağlı məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Əlavə olaraq, Ombudsmanın mövcud vəziyyət barədə bəyanatları, o cümlədən mülki şəxslərin qətlə yetirilməsi və davam edən insan tələfatı ilə bağlı etiraz bəyanatları səsləndirilib.

Yekun olaraq, iştirakçılar arasında fikir mübadiləsi aparılıb və Aparatın əməkdaşları tədbirə dəvətlə bağlı öz təşəkkürlərini bildiriblər.