Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı beynəlxalq vebinarda iştirak edib

19-09-2020 339 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı beynəlxalq vebinarda iştirak edib

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz tərəfindən “RESTART (Geri qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya dəstəyi)” layihəsi çərçivəsində “Avropa İttifaqının qayıdış üzrə əməliyyatları və COVID-19 lipandemiyasının təsiri” mövzusunda beynəlxalq vebinar təşkil edilib. 100-ə yaxın iştirakçısı olan bu tədbirə təşkilatın Bakı ofisi də daxil olmaqla bir çox ölkələrin dövlət qurumlarının nümayəndələri və beynəlxalq ekspertlər qatılıb.

Tədbirdə dünyada COVID-19 pandemiyası dövründə miqrasiya sahəsində üzləşilən əsas problemlər, əmək miqrasiyası, miqrantlar üçün beynəlxalq pul köçürmələrinin azalması, humanitar vəziyyət, ksenofobiya və miqrantlara qarşı ayrı-seçkiliyin artması barədə müzakirələr aparılıb. 

Vebinarda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Elvin Hacıyev də tədbir çərçivəsində keçirilən müzakirələrdə fəal iştirak edib. O çıxışı zamanı tədbir iştirakçılarını Ombudsman Səbinə Əliyevanın adından salamlayaraq Ombudsmanın miqrantların hüquqlarının müdafiəsi və readmissiya məsələləri sahəsində həyata keçirdiyi tədbirlər barəsində geniş məlumat verib. 

Tədbirin sonunda təşkilatçılar fəal və səmərəli müzakirələrə görə iştirakçılara öz təşəkkürlərini bildirib, bu cür fikir mübadiləsinin qayıdış və miqrasiya məsələləri üzrə müsbət təsirini qeyd ediblər.