Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Şəki Penitensiar Müəssisəsinə başçəkmə həyata keçirilib

11-09-2020 389 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Şəki Penitensiar Müəssisəsinə başçəkmə həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Milli Preventiv Qrupun üzvləri tərəfindən Şəki Penitensiar Müəssisəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmə həyata keçirilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, saxlanılan şəxslərin  hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı Milli Preventiv Qrupun üzvləri tərəfindən Penitensiar Müəssisənin İstintaq Təcridxanasına baxış keçirilib, bir çox təqsirləndirilən şəxslər və məhkumlar fərdi qaydada qəbul edilib, hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb.

Başçəkmə zamanı İstintaq Təcridxanasında sıxlıq olduğu, yetkinlik yaşına çatmayan şəxsin Daxili İntizam Qaydalarına zidd olaraq yetkinlik yaşına çatmış şəxslərlə bir kamerada saxlanıldığı, kameralarda və cərimə otaqlarında yataq dəstlərinin çirkli və bir hissəsinin isə yararsız olduğu müəyyən edilib. 

Daxil olmuş müraciətlər araşdırılıb, hər bir şəxsə hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah olunub.

Yekunda Penitensiar Müəssisənin rəhbərliyi ilə söhbət aparılıb, saxlanma şəraitinin təkmilləşdirilməsi və müəyyən edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.