Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Məlumatı

08-09-2020 387 dəfə oxunub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Məlumatı

Xəbər verildiyi kimi, sosial şəbəkələrdə Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı valideyninin müraciəti əsasında yayılmış məlumatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən dərhal nəzarətə götürülüb, o, şəxsən yetkinlik yaşına çatmayanla telefon əlaqəsi saxlayıb. Eləcə də Ombudsmanın tapşırığı əsasında Müvəkkilin Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən ailələr ziyarət edilib, yetkinlik yaşına çatmayan şəxs qəbul olunub,  məsələ yerində araşdırılıb.

Nəticə olaraq həmin yetkinlik yaşına çatmayan şəxs Bakı şəhərində lazımi sosial reabilitasiya və psixoloji xidmətlərə yönləndirilib, hüquqlarının təmini nəzarətdə saxlanılır.

Qeyd olunmalıdır ki, sosial və mənəvi-psixoloji mahiyyətə malik olan bu kimi məsələlər hər birimizin dəstəyini tələb edir.

Müvəkkil yetkinlik yaşına çatmayan şəxsin maraqlarının təmin edilməsinə dəstək olan vətəndaşlara, dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinə öz təşəkkürünü bildirir.