Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cəlilabad Regional Mərkəzi sülh hüququna dair onlayn tədbir keçirib

04-09-2020 408 dəfə oxunub
Ombudsmanın Cəlilabad Regional Mərkəzi sülh hüququna   dair onlayn tədbir keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzi və Cəlilabad rayon Gənclər və İdman İdarəsi birgə “Dayanıqlı sülh insan hüquqlarının təmininə xidmət edir” və “Xalqların sülh hüququ” mövzusunda onlayn tədbir keçirib. 

Tədbirdə Regional Mərkəzin əməkdaşları, Cəlilabad, Astara, habelə Bakının Sabunçu rayon gənclər və idman idarələrinin, Cəlilabad rayonu Suluçeşmə kənd ümumi orta məktəbinin, Salyan şəhər A.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli  Gimnaziyanın, Lənkəran şəhər O.Mirzəyev adına Qarışıq Tipli Uşaq Evinin və şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın, Astara Pedoqoji Kollecinin Tələbə Gənclər Təşkilatının nümayəndələri, habelə gənc könüllülər və digər fəal gənclər iştirak ediblər.

Tədbirdə sülhün həyat, yaşamaq, sağlam nəsillər anlayışları ilə sıx əlaqəli olduğu, davamlı inkişafı və qarşılıqlı əməkdaşlığı ehtiva etdiyi bildirilib. Habelə qeyd edilib ki, bəşəriyyətin dayanıqlı inkişafı, insan hüquq və azadlıqlarının həyata keçirilməsi sülh və təhlükəsizliyin təmin edilməsindən asılıdır. 

Daha sonra atəşkəs rejiminə baxmayaraq erməni hərbi birləşmələrinin mütəmadi olaraqmülki əhalinin yaşadığı kəndləri atəşə tutmaqla əhaliyə ziyan vurması, o cümlədən dinc əhalini girov götürməsi, insanların həyatına təhlükə yaratması, onların yaşamaq, sərbəst hərəkət etmək və digər hüquqlarını pozması, hərbi münaqişələr zamanı əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlərin Ermənistan tərəfindən kobud şəkildə pozulması ilə əlaqədar ətraflı məlumat verilib. 

Tədbirdə Ermənistan hərbi qüvvələrinin işğal altında olan torpaqlarımızdan dərhal çıxarılmasını və Azərbaycanın ərazi bötüvlüyünün təmin edilməsini nəzərdə tutan BMT Baş Assambleyasının 14 mart 2008-ci il tarixli Qətnaməsinin tələblərinin yerinə yetirilməməsinin, sülhə və təhlükəsizliyə etinasız yanaşılması, işğal altında olan torpaqlarımızda mövcud mədəni irsimizin mənimsənilməsi və nadir tarixi abidələrimizin amansızcasına dağıdılması ilə nəticələnən mənfur əməllərin dünyada sülhün bərqərar olmasına mənfi təsir göstərdiyi bildirilib. Eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən bütün dünyada sülhün möhkəmləndirilməsi istiqamətində qətiyyətli tədbirlər görülməsinin, hərbi münaqişələrin dinc vasitələrlə ədalətli şəkildə və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanmasının vacibliyi diqqətə çatdırılıb. 

Onlayn tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.