Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cəlilabad Regional Mərkəzi onlayn tədbirlər keçirib

29-08-2020 392 dəfə oxunub
Ombudsmanın Cəlilabad Regional Mərkəzi onlayn tədbirlər keçirib

Bu günlərdə Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və qadınların cəmiyyətdə rolu” və “Zamanı qabaqlayan dahi şəxsiyyət-Heydər Əliyev” mövzularında videokonfranslar keçirilib.  Bəhs olunan onlayn tədbirlərdə ölkənin müxtəlif rayonlarında yerləşən qurumların nümayəndələri iştirak ediblər.

“Zamanı qabaqlayan dahi şəxsiyyət-Heydər Əliyev” mövzusunda keçirilmiş tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti xalqı qarşısındakı misilsiz xidmətlərindən geniş bəhs olunub. Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycanın memarı və qurucusu olduğunu vurğulayıb. Bildirilib ki, ölkəmizdə hüquqi islahatların da əsası Ulu Öndər tərəfindən qoyulub. 

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və qadınların cəmiyyətdə rolu” mövzusunda keçirilən tədbirdə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri  Mehriban xanım Əliyevanın müxtəlif sahələri əhatə edən səmərəli və çoxşaxəli fəaliyyətindən bəhs edilib.  Z. İsmayılov Heydər Əliyev Fondunun fəaliyyəti dövründə təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələrdə bir-birindən fərqli çoxşaxəli layihələr həyata keçirdiyini, atılan addımların qayğıya ehtiyacı olanların rifahının yüksəldilməsinə, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə yönəldiyini bildirib.  

Tədbirlərdə iştirak edən qurumların nümayəndələri çıxış edərək mövzular ətrafında öz fikirlərini ifadə ediblər.