Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cəlilabad Regional Mərkəzi maarifləndirici xarakterli videokonfrans təşkil edib

20-08-2020 425 dəfə oxunub
Ombudsmanın Cəlilabad Regional Mərkəzi maarifləndirici xarakterli videokonfrans təşkil edib

19 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin, Astara rayon Heydər Əliyev Mərkəzi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Strateji informasiya müharibəsi texnologiyalarının indeksasiyası və düzgün analizi düşmənə qarşı effektiv mübarizə vasitələrindən biri kimi” mövzusunda videokonfrans keçirilib. 

Onlayn tədbirdə OmbudsmanınCəlilabad Regional Mərkəzinin, Astara rayon Heydər Əliyev Mərkəzinin, Astara rayon Gənclər və İdman İdarəsinin, Astara Pedaqoji Kollecinin, YAP Astara rayon təşkilatı Gənclər, Loqos Psixoloji Nitq İnkşafı Mərkəzinin, “Şəfəq” Ekoturizm İctimai Birliyinin nümayəndələri və digər fəal gənclər iştirak ediblər.

Tədbirdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziyaİsmayılov çıxış edib. Videokonfransda işğalçı Ermənistanın silahlı qüvvələrinin mütəmadi şəkildə atəşkəs rejimini pozaraq ölkəmizin mövqelərini, o cümlədən dinc mülki əhalinin yaşayış yerlərini davamlı olaraq atəşə tutmasının həm hərbi qulluqçular, həm də mülki əhali arasında ölüm və yaralanma hallarının baş verməsinə səbəb olduğu  xatırladılıb. Ermənistan tərəfindən törədilən hərbi təxribatların davamlı xarakter daşıdığını və son bir neçə ay ərzində baş verənlərin bu reallığın bariz ifadəsi olduğu qeyd olunub. Bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi cinayətlər nəticəsində beynəlxalq insan hüquqları və humanitar hüququn norma və prinsipləri, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları kobud şəkildə pozulub.Vurğulanıb ki, öz məkrli, təcavüzkar və işğalçı siyasətindən əl çəkməyən Ermənistan hazırkı  pandemiya dövründə də müxtəlif istiqamətlər üzrə atəşkəs rejimini pozmaqla tələfatla nəticələnən təxribatçı hərəkətlərini  davam etdirib. Qeyd edilib ki, öz acizliyini növbəti dəfə dərk edən düşmən dövlətimizə qarşı dezinformasiyaları gücləndirib. 

Tədbirdə qeyd olunub ki, Azərbaycan müstəqilliyinə nail olduqdan sonra ölkədə milli təhlükəsizliyin əsas problemlərindən biri vahid informasiya siyasətinin formalaşdırılması və təhlükəsizliyin təminatı, milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi oldu. 1998-ci il aprelin 3-də ölkəmizdə ''İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' Qanun qəbul edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" Fərmana əsasən ölkəmizdə milli informasiya təhlükəsizliyi üzrə mükəmməl strategiyanın yeni mərhələsi başladı. Müharibə şəraitində yaşayan dövlətimiz üçün informasiya təhlükəsizliyi, dövlət sirri olan hərbi məlumatların yayılmaması ən vacib məsələlərdir. 

Videokonfransda informasiya təhlükəsizliyi və onun hüquqi əsasları, strateji informasiya müharibəsinin əsas xüsusiyyətləri, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətləri, ölkəmizə qarşı informasiya müharibəsi ilə məşğul olan qrupların, onların cinayətlərinin və cinayət motivlərinin aşkar edilməsi, düşmən ölkənin Azərbaycana qarşı informasiya müharibəsinin detalları və digər mühüm məqamlar müzakirə olunub.

Sözügedən tədbir zamanı digər qurumların nümayəndələri də çıxış edərək mövzunun əhəmiyyətindən bəhs ediblər.