Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzi onlayn hüquqi maarifləndirici tədbir təşkil edib

07-08-2020 384 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzi onlayn hüquqi maarifləndirici tədbir təşkil edib

Ombudsmanın Gəncə Regional Mərkəzi və Qazax Gənclərin İnkişaf və Kariyera Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax filialında Sosial iş ixtisası üzrə təhsil alan tələbələrin, Qazax rayon Gənclər və İdman şöbəsinin, həmçinin Tovuz rayon Gənclər Evinin əməkdaşlarının, fəal gənclərin iştirakı ilə  “İnsan hüquqlarının müdafiəsinin məhkəmədənkənar müdafiəsi mexanizmləri: mediasiya institutu” mövzusunda onlayn hüquqi maarifləndirici tədbir keçirilib. 

Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov insan hüquqlarının müdafiəsinin məhkəmədənkənar mexanizmləri, Azərbaycan Ombudsmanın səlahiyyətləri, şikayətlərin verilməsi qaydası və baxılması proseduru, Müvəkkilin işgəncələrə qarşı milli preventiv mexanizm mandatı çərçivəsində fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, son dövrlərdə ölkəmizdə həyata keçirilən hüquqi islahatlar, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, yeni mütərəqqi qanunların qəbul edilməsi davamlı xarakter alıb. Bu baxımdan, ölkəmizdə mübahisələrin məhkəmədənkənar alternativ həlli üçün yaradılması nəzərdə tutulan mediasiya institututunun cəmiyyətdə münaqişələrin azaldılması və mübahisələrin həllində mühüm rol oynayacaq. 

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri onlayn tədbirin iştirakçılarına mediasiyanın prinsipləri, mediasiya zamanı tərəflərin və mediatorun hüquq və vəzifələri, mediatora dair tələblər, mediasiya prosesinin tətbiqi üçün əsaslar və həyata keçirilməsi qaydaları, mülki işlər, iqtisadi mübahisələr, habelə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyanın xüsusiyyətləri, mediasiya xərcləri barədə ətraflı məlumat verərək iştirakçıların suallarını cavablandırıb.