Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının nümayəndəsi Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin onlayn iclasında iştirak edib

20-06-2020 365 dəfə oxunub
Ombudsman Aparatının nümayəndəsi Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin onlayn iclasında iştirak edib

Bu günlərdə Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin növbəti onlayn iclası keçirilib. Bir sıra Milli İnsan Hüquqları İnstitutları ilə yanaşı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, BMT-nin İnkişaf Proqramının, Avropa İttifaqının və s. beynəlxalq qurumların təmsil olunduğu iclasda Ombudsman Aparatının şöbə müdirinin müavini-Beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Vəliməmmədli iştirak edib.

İclasın məqsədi Avropa İttifaqının “Münaqişə və insan hüquqları” adlı layihəsinin yekun sənədinin müzakirəsi olub. 2017-ci ildə başlayan layihə çərçivəsində keçirilən bir çox beynəlxalq seminar və tədbirlərdə Azərbaycan Ombudsman Aparatının nümayəndələri iştirak edib, münaqişələrin həllində və məcburi köçkünlərin hüquqlarının müdafiəsi sahəsində təcrübə mübadiləsi aparıblar.

Tədbirdə çıxış edən Z.Vəliməmmədli Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsinin səmərəli şəkildə həyata keçirilməsinə dair təcrübəsini iştirakçılar ilə bölüşüb. O, Ombudsmanın pandemiya dövründə xüsusən əhalinin həssas qruplarının, o cümlədən əlilliyi olan şəxslərin, uşaqların, və miqrantların hüquqlarının müdafiəsi ilə bağlı aidiyyəti dövlət qurumlarına xüsusi çağırışlar ünvanladığını, sözügedən şəxslərin zəruri ehtiyaclarının təxirəsalınmaz şəkildə təmini istiqamətində təklif və tövsiyələr verdiyini bildirib.

Aparatın nümayəndəsi bəhs olunan layihənin yekun sənədinə daxil edilməsi məqsədilə Ombudsmanın qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsinə dair təcrübəsini ehtiva edən yeni təkliflər təqdim olunacağını bildirib.