Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirilib

20-06-2020 10872 dəfə oxunub
15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirilib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn tədbir təşkil olunub. Tədbirdə Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev və Azərbaycan Dövlət Aqrar Universitetinin "İctimai Elmlər və Multikulturalizm" kafedrasının müdiri Azad Bayramov çıxış ediblər.

Tədbirdə çıxış edən Səbuhi Abbasov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev 1993–cü ildə xalqın təkidli çağırışına cavab verərək hakimiyyətə qayıtdı, peşəkar siyasətçiyə xas müdrik addımları ilə Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi, respublikamızın ərazi bütövlüyünə, suverenliyinə, dövlətçiliyinə qarşı çıxan qanunsuz silahlı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı, ölkədə qanunçuluğun tam bərpası istiqamətində bütün addımlar atıldı. Sonrakı mərhələdə demokratik və hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin formalaşdırılması, ən əsası, ictimai–siyasi sabitliyin qorunub saxlanılmasının Ümummilli Liderin adı ilə bağlı olduğu bildirilib. O vurğulayıb ki, 1995–ci ildə bilavasitə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə və demokratik dəyərlər və prinsiplərə uyğun hazırlanmış, ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk milli Konstitusiyamızın müddəalarının üçdə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmiş, hakimiyyət bölgüsü, hüquqi dövlət prinsipi təsbit olunmuşdur.

Tədbirdə çıxış edən digər məruzəçilər də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsi, onun dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətindəki səyləri, gənclərə güvənərək onlara böyük etimad göstərməsi barədə ətraflı danışıblar.

Tədbir mövzu ilə bağlı iştirakçılar arasında aktiv müzakirə şəraitində davam etdirilib.