Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzi “İnsan hüquqlarının müdafiəsində gənclərin rolu” mövzusunda videokonfrans keçirib

18-06-2020 402 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzi “İnsan hüquqlarının müdafiəsində gənclərin rolu” mövzusunda videokonfrans keçirib

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən İnsan Hüquqları Aylığı çərçivəsində  Goranboy və Naftalan rayon Gənclər və idman idarələrinin nümayəndələrinin iştirakı ilə “İnsan hüquqlarının müdafiəsində gənclərin rolu” mövzusunda videokonfrans keçirilib.

Tədbir iştirakçılarına Ombudsman Səbinə Əliyevanın salamlarını çatdıran Səbuhi Abbasov ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, gənclər cəmiyyət həyatının müxtəlif sahələrində müvəffəqiyyətlə iştirak edirlər. O, Prezident İlham Əliyevin 15 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı” ilə nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində  gənclərin hüquqi məlumatlılığının daha da artdığını deyib.

Videokonfransda çıxış edən Goranboy rayon Gənclər və İdman idarəsinin rəisi Elşad Həsənov, Naftalan rayon Gənclər və İdman idarəsinin rəisi Samir Qocayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti və bu kontekstdə əldə olunmuş nailiyyətlərdən bəhs ediblər. 

Tədbir mövzu ilə bağlı interaktiv müzakirə şəklində davam etdirilib.